"Qalatasaray"ın futbolçusu Almaniya klubunda

16:29 - 30 May 2017

Debüt mövsümündə Bundesliqanı 2-ci pillədə başa vuran "Leyptsiq" heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq Almaniya təmsilçisi "Qalatasaray"ın futbolçusu Armindo Brumanı transfer etməyə çox yaxındı. L'Equipe nəşrinin yazdığına görə leypsiqlilər portuqaliyalı yarımmüdafiəçinin transferi ilə bağlı "sarı-qırmızılar"la razılıq əldə edib.

 

Bundesliqa klubu 22 yaşlı futbolçunun keçidi üçün "Qalatasaray"a 18 milyon avro ödəməyə razılıq verib. Transferin yaxın günlərdə rəsmiyyətə qovuşacağı gözlənilir.

 

Bu transfer qarşılığında Brumanın sabiq klubu Lissabon "Sportinq"i də 1,7 milyon avro qazanacaq.

Xəbər xətti