De Rossi qərarını verdi

12:49 - 31 May 2017

“Roma” komandanın kapitanı Daniele De Dossi karyerası ilə bağlı qərarını verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu klubla başa çatan müqavilə yenilənəcək. 33 yaşlı yarımmüdafiəçi yaxın günlərdə "canavarlar"la iki illik müqaviləyə qol çəkəcək.

 

Qeyd edək ki, İtaliya millisinin üzvü olan De Rossi peşəkar karyerasında yalnız “Roma”da çıxış edib. O, 2000-ci ildən paytaxt klubunda oynayır.

Xəbər xətti