Rusiya klubu Kamran Ağayevdən imtina etdi

14:50 - 31 May 2017

Son günlər millimizin qapıçısı Kamran Ağayevin adı Rusiyanın "Amkar" klubu ilə birgə hallanır.

 

Sportal.az xəbər verir ki, Portuqaliyanın "Boavişta" klubundan ayrıldıqdan sonra klubsuz qalan  Ağayevin yaxın günlərdə Perm təmsilçisi ilə münasibətlərini rəsmiləşdirəcəyi gözlənilirdi.

 

Ancaq əldə etdiyimiz məlumata görə, bu keçid baş tutmayacaq. Belə ki, "Amkar" rəsmiləri Ağayevlə ilkin danışıq aparıb və razılıq əldə ediblər. Lakin klub sonradan fiklrini dəyişərək 31 yaşlı qolkiperi rənglərinə bağlamaqdan imtna edib. 

 

Qeyd edək ki, Kamran Ağayev ötən mövsümün əvvəlində "Sumqayıt"dan "Boavişta"ya keçmişdi. Qolkiper qış fasiləsindən sonra əsas heyətdə yerini itirmişdi (Futbol11.az).

Xəbər xətti