Prosineçkiyə daha bir "elçi"

12:55 - 3 İyun 2017

Türkiyənin “Konyaspor” klubunun baş məşqçisi Aykut Kocaman vəzifəsini tərk edəcək.

 

Sportal.az xəbər verir ki, adı “Fənərbaxça” ilə hallanan təcrübəli çalışdırıcı ötən gün klubdan ayrılacağını rəsmən açıqlayıb.

 

Türkiyə mətbuatının yaydığı xəbərə görə, Konya təmsilçisinin rəhbərliyi baş məşqçi postuna hazırda millimizi çalışdıran Robert Prosineçkini gətirmək istəyir. Klub rəhbərliyinin yaxın günlərdə xorvatiyalı mütəxəssislə danışıqlara başlayacağı gözlənilir.

 

Prosineçki ilə yanaşı, Ərtoğrul Sağlam, Mustafa Rəşid Akçay və Sərgən Yalçının klubun “sükanı arxası”na keçmək ehtimalı var. Əgər Prosineçki ilə danışıqlar müsbət yekunlaşmasa, rəhbərlik adıçəkilən məşqçilər arasında seçim edəcək.

 

Qeyd edək ki, Prosineçkinin AFFA ilə müqaviləsi dekabr ayının 4-də başa çatacaq.

Xəbər xətti