Qrizmann: "Atletiko"nu atıb getməyim düzgün olmaz"

18:55 - 4 İyun 2017

Madrid "Atletiko"sunun hücumçusu Antuan Qrizmann komandadan ayrılmayacağını təsdiq edib.

 

Sportal.az xəbər verir ki, bu barədə "ESPN" nəşrinə açıqlama verən futbolçu komandadan ayrılmayacağını bildirib:

 

"Mən artıq bu söhbətlərdən yorulmuşam. CAS (İdman Arbitraj Məhkəməsi) "Atletiko"ya transfer qadağası qoyub. Bu səbəbdən komandadan ayrılmayacam. Klub heyətinə yeni futbolçular cəlb edə bilməz. Məsləhətçimlə bu barədə danışdım və komandada qalmağa qərar verdim.

 

Klub indi çətin dövrlərini yaşayır. Mənim komandanı atıb getməyim düzgün olmaz. Lakin bu qadağa həll olunduqdan sonra komandadan ayrıla bilərəm".

 

Qeyd edək ki, Fransa millisinin üzvünün adı "Mançester Yunayted"lə hallanır.

Xəbər xətti