Sabiq "Xəzər Lənkəran"lı "Antalyaspor"dan ayrıldı

18:22 - 5 İyun 2017

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Etame Mbilla klubsuz qalıb.

 

Sportal.az xəbər verir ki, o, 2015-ci ildən çıxış etdiyi “Antalyaspor” klubundan ayrılıb. Kamerunlu futbolçu özü Antalya təmsilçisi ilə yeni müqavilə imzalamaq istəməyib.

 

Bu barədə məlumatı futbolçunun meneceri Muharrem Zengin verib: “Mbilla “Antalyaspor”da iki möhtəşəm mövsüm keçirdi.  “Antalyaspor” klubunun rəhbərliyinə və azarkeşlərinə təşəkkür edirik. Bundan sonra Etame üçün yeni təklifləri dəyərləndirəcəyik”.

 

Qeyd edək ki, 28 yaşlı futbolçunun adı İtaliyanın “Latsio” klubu ilə birgə hallanır. Futbolçunun menecerlər tərəfindən Roma təmsilçisinə təklif edildiyi iddia edilir.

Xəbər xətti