Azərbaycan - Şimali İrlandiya matçına nə qədər bilet satılıb?

00:00 - 6 İyun 2017

DÇ-2018-in seçmə mərhələsində baş tutacaq Azərbaycan – Şimali İrlandiya oyununa bilet satışı davam edir.

 

Sportal.az xəbər verir ki, iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun üçün artıq 15 800 bilet satılıb. 

 

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya görüşü iyunun 10-u saat 20:00-da başlayacaq.

Xəbər xətti