Sabiq "Xəzər Lənkəran"lı işsiz qaldı

00:18 - 7 İyun 2017

Türkiyənin I Liqasında çıxış edən "Əskişəhərspor" klubu baş məşqçisi Mustafa Dənizli ilə yolları ayırıb. 

 

Sportal.az xəbər verir ki, 67 yaşlı mütəxəssis  Super Liqaya vəsiqə uğrunda "Göztəpə”yə uduzduqları oyundan sonra Əskişəhərə qayıtmayıb. Klub isə 31 may tarixində müqaviləsi başa çatan Dənizli ilə əməkdaşlığa son qoyub.

 

Qeyd edək ki, 2013-14 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olmuş türkiyəli mütəxəssis bu ilin fevral ayından “Əskişəhərspor”u çalışdırırdı.

Xəbər xətti