"Sumqayıt"ın futbolçusu Almaniya klubları ilə danışıqlar aparır

14:26 - 7 İyun 2017

"Sumqayıt"ın futbolçusu Xəyal Nəcəfov sərgilədiyi oyunla diqqətləri öz üzərinə çəkib.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, gənc yarımmüdafiəçinin xidmətində Almaniya II və III Bundesliqasında çıxış edən klublar maraqlıdır. Almaniya II və III Bundesliqa klublarının skautları tərəfindən bəyənilən futbolçu "Sant Pauli", "Hanza" və "Sandhauzen" klublarına təklif edilib. Almaniya təmsilçiləri U-21 millimizin üzvünün agenti ilə artıq danışıqlara start verib.

 

"Sant Pauli" və "Sandhauzen" Almaniyanın II Bundesliqasında çıxış edirlər. "Hanza" isə III liqada mübarizə aparır.

 

Xəyal həmçinin, Azərbaycan Premyer Liqasında çıxış edən bir neçə klubun da transfer hədəfindədir.

 

Qeyd edək ki, 20 yaşlı futbolçunun "Sumqayıt"la müqaviləsi 2019-cu ilə qədər qüvvədədir.

Xəbər xətti