Əsgər Abdullayev qərarını verdi

15:47 - 8 İyun 2017

Ötən mövsüm I Divizionda çıxış edən "Turan Tovuz"u çalışdıran Əsgər Abdullayev karyerası ilə bağlı yekun qərarı verib.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, Abdullayev qərb təmsilçisindən ayrılmayacaq. Təcrübəli mütəxəssis növbti mövsümdə də “Turan Tovuz”u çalışdıracaq.

 

Qeyd edək ki, "Turan Tovuz" başa çatan mövsümdə Əsgər Abdullayevin rəhbərliyi altında I Divizionun qalibi adını qazanıb.

Xəbər xətti