Robert Prosineçkidən "Bursaspor" AÇIQLAMASI

10:17 - 9 İyun 2017

"Mənim haqqınmda çox şey yazılıb. Amma bütün bunlar 3 ay əvvəl olub".

 

Sportal.az xəbər verir ki, bu sözlər Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkiyə məxsusdur. Xorvaxtiyalı mütəxəssisin adı Türkiyənin "Bursaspor" klubu ilə birgə hallanır. İddialara görə, Prosineçki DÇ-2108-in seçmə mərhələsində Şimali İrlandiya yığmasına qarşı oyundan sonra Türkiyəyə gedəcək və Bursa təmsilçisinin prezidenti Ali Ayla görüşəcək. Ölkəsinin mətbuatına açıqlama verən mütəxəssis yayılan xəbərləri təkzib edib. O, bütün diqqətinin millidə olduğunu açıqlayıb:

 

"Nə deyə bilərəm? Mən 20 gündü milli ilə birlikdəyəm və heç kimlə görüşməmişəm. Hazırda bütün diqqətimizi Şimali İrlandiya ilə oyuna yönəltmişik".

 

Prosineçki seçmə mərhələnin sonuna qədər millinin "sükanı arxası"nda olacağını deyib:

 

"Mənim AFFA ilə ilin sonuna qədər müqaviləm var. Seçmə mərhələnin sonuna qədər millidə olacağam. Biz Azərbaycan millisi ilə birlikdə uğurlar əldə etmişik, FİFA reytinqində kifayət qədər irəliləmişik. Mən bura gələndə cədvəldə 136-cı pillədə idik. İndi isə 79-cu mövqeydəyik. İşimizin davamını gətirmək niyyətindəyik".

 

Prosineçki daha əvvəl "Bursaspor"dan təklif aldığını deyib: "Əlbəttə, bir neçə ay öncə "Bursaspor"dam təklif almışdım. Bu, artıq geridə qalıb".

Xəbər xətti