“Zirə”dən ayrılan Nurlan Novruzovun yeni klubunun adına rəsmən aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, hücumçu “Səbail”ə keçib. “Bakı”nın yetirməsi yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq paytaxt təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Bu barədə saytımıza futbolçunun özü məlumat verib.
Qeyd edək ki, Nurlan Novruzov Azərbaycan çempionatının bombardirlərindən biridir.