"Mançester Yunayted" yeni transferini təqdim etdi

00:34 - 15 İyun 2017

"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" Portuqaliyanın "Benfika" klubunun müdafiəçisi Viktor Lindelofla anlaşıblar. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Lindelofla 4+1 illik müqavilə imzalanıb. Bu transfer üçün Premyer Liqa klubu 30 milyon funt sterlinq təzminat ödəyəcək.

 

Qeyd edək ki, isveçli müdafiəçi 2012-ci ildən "Benfika"da çıxış edirdi.

Xəbər xətti