Abidal yenidən "Barselona"da

13:11 - 15 İyun 2017

2014-cü ildı karyerasını başa vuran Erik Abidal sabiq komandası "Barselona"ya qayıdıb.

 

Sportal.az xəbər verir ki, veteran futbolçu katalon klubunun yeni səfiri təyin olunub. Sabiq müdafiəçi müxtəlif tədbirlərdə klubun nümayəndəsi kimi iştirak edəcək. Abidal "Legends" layihəsinin də üzvü olub. Bu layihə dünyada veteran futbolçuların arasında xeyriyyə oyunları keçirmək istiqamətində fəaliyyət göstərir.

 

Qeyd edək ki, Abidal 2007/13-cü illərdə "Barcelona"nın şərəfini qoruyub.

Xəbər xətti