"Qəbələ" üzərində tarixi qələbə qazandıq"

11:54 - 16 İyun 2017

Rusiyanın "Axmat" klubu “Qəbələ” ilə yoxlama matçında 1:0 hesablı qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşma ilə bağlı klubun rəsmi saytına açıqlama verən Rusiya klubunun baş məşqçisi Oleq Kononov tarixi qələbə qazandıqlarını bildirib:

 

"Axmat" adı altında ilk oyuna çıxırdıq və bunu çox yaxşı başa düşürdük. Bu, həm də tarixi qələbədir. Futbolçuların çıxışı məni razı saldı. İlk hissədəki çıxışımız isə daha çox ürəyimcə oldu. Futbolçular tapşırıqlar yaxşı yerinə yetirdilər. İkinci hissədə də aktiv idik və hücumlar təşkil edirdik. Amma yenə daha çox hərəkət etmək lazımdır. Əvəzetmədən oyuna daxil olan futbolçuların da çıxışı məni razı saldı".

Xəbər xətti