Millimizin üzvü üçün: "Lazım gəlsə, akademiyada tək çalışacaq"

12:39 - 17 İyun 2017

Türkiyənin "Bursaspor" klubundan göndəriləcəyi gündəmdə olan millimizin üzvü Dəniz Yılmazın meneceri Erdem Karagöl açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, 29 yaşlı hücumçunun komandanı tərk etməyəcəyini deyib:

 

"Dəniz heç bir yerə getməyəcək. "Bursaspor"la müqaviləsi var və sözləşməsi başa çatana qədər burada qalacaq. Lazım gəlsə, akademiyada tək çalışacaq".

 

Qeyd edək ki, Dəniz Yılmaz intizamsız hərəkətlərinə görə mövsümün sonuna bir neçə tur qalmış əsas komandadan uzaqlaşdırılıb.

Xəbər xətti