“Azərbaycanla oyundan sonra Əmrə də millidən getdiyini demişdi”

14:57 - 17 İyun 2017

"Arda mənim mənim övladlarımdan biridir".

 

Sportal.az xəbər verir ki, bu sözlər türkiyəli məşqçi Abdullah Avcıya məxsusdur. Ölkəsinin mətbuatına müsahibə verən "Başakşəhər" klubunun baş məşqçisi "Barselona"nın futbolçusu Arda Turanın millidən getməsinə münasibət bildirib. O, Ardanın hisslərinə qapıldığını və tələsik qərar verdiyini deyib:

 

"Övladlarım 3 ay onun yanında oldular. Arda çox ağıllı və duyğusal insandı. Əmrə Bəlözoğlu da onun kimidir. Bəzən hissləri ağlının önünə keçir. Ardanın konkret nəyə görə millidən getdiyini bilmirəm. Amma mən hər zaman nəticəyə baxıram. Ümid edirəm ki, böyüklərimiz məsələni yoluna qoyacaqlar". 

 

Təcrübəli mütəxəssis müsahibə zamanı AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Türkiyə matçını xatırlayıb. O, millimizin 1:0 hesabı ilə qalib gəldiyi oyundan sonra Əmrə Belözoğlunun Arda kimi qərar verdiyini açıqlayıb:

 

"Əmrə də Azərbaycanla oyundan sonra həmin andakı hisslərinə məğlub olub, milli karyerasını başa vurduğunu demişdi. İndi Əmrənin 38 yaşı var və milliyə dəvət etsələr, düşünmədən gedər. Demək ki, istəyirəm ki, əvvəllər də Arda kimi qərar verən futbolçular olub. Ümid edirəm ki, problem yaxın zamanlarda həllini tapacaq".

Xəbər xətti