Avropa Liqası: "Zirə" evdə, "İnter" səfərdə

16:52 - 19 İyun 2017

Avropa Liqasında da 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, püşk ölkəmizi turnirdə təmsil edəcək "Zirə" və "İnter"in rəqibinin adınınlıq gətirib. "İnter"in rəqibi Serbiyanın "Mladost" klubu olubsa, püşk debütantımızı Lüksemburqun "Differdanj" klubu ilə üz-üzə qoyub. 

 

Artıq təmsilçilərimizin ilk oyunlarını evdə və ya səfərdə keçirəcəyi də müəyyənləşib. Belə ki, "İnter" ilk oyununu səfərdə, "Zirə" isə evdə keçirəcək. 

 

Qeyd edək ki, ilk oyunlar iyunun 29-da, cavab görüşləri iyulun 6-da keçiriləcək. 

Xəbər xətti