Kintana "Qarabağ"a qoşuldu FOTO

14:30 - 21 İyun 2017

Ötən mövsüm fevralın 3-də  baş tutan AZAL-la matçda zədələnən və əməliyyat olunan "Qarabağ"ın futbolçusu Dani Kintana dünən komandasının Avstriyada davam edən hazırlıq prosesinə qoşulub.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 4 aydır yaşıl meydanlardan kənarda qalan ispaniyalı yarımmüdafiəçinin yaxın günlərdə fərdi məşqlərə başlayacağı gözlənilir.

 

 

Xəbər xətti