7 futbolçu "Qarabağ"ın düşərgəsinə qatıldı

16:01 - 21 İyun 2017

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki,  Bosniya və Hersoqovina millisində olan İbrahim Şehiç və yığma komandamıza dəvət alan 6 futbolçu: Rəşad Sadıqov, Bədavi Hüseynov,  Maksim Medvedev, Rahid Əmirquliyev, Qara Qarayev və Əfran İsmayılov dünəndən etibarən komandanın təlim-məşq toplanışına qoşulub və bu gün məşqdə iştirak edib.  

 

Millimizdə yer alan daha bir futbolçu - Riçard Almeyda isə yaxın günlərdə Avstriyaya gələrək toplanışda iştirak edəcək. 

Xəbər xətti