Menez rəsmən Türkiyə klubunda

18:18 - 21 İyun 2017

Fransa millisinin sabiq futbolçusu Jeremi Menez karyerasını Türkiyədə davam etdirəcək.
 
Sportal.az
xəbər verir ki, 30 yaşlı futbolçu Super Liqa təmsilçisi “Antalyaspor”la anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayb. Menezlə 3 illik müqavilə bağlanıb.
 
Karyerası ərzində “Milan”, “Roma”, “Monako”, PSJ kimi klublarda top qovmuş fransalı futbolçunun son klubu “Bordo” olub. Hücumçu Liqa 1 təmsilçisinin heyətində son mövsümdə şans qazandığı 31 oyunda 3 qol vurub, 3 qol ötürməsi edib.

Xəbər xətti