Ulduz futbolçu bu epizoda görə 8 oyun cəzalandı VİDEO

15:18 - 22 İyun 2017

Çinin “Şanxay SİPG” klubunun ulduz futbolçusu Oskar ağır cəzaya məruz qalıb.

 

Sportal.az xəbər verir ki, Braziliya millisinin üzvü “Quançjou Fuli” ilə oyunda insidentin yaranmasına səbəb olub. 26 yaşlı yarımmüdafiəçi epizodların birində topu qəsdən rəqib futbolçusuna vurub. Nəticədə futbolçular arasında dava düşüb.

 

Çin Futbol Federasiyası davanın səbəbkarı olan Oskara 8 oyunluq cəza verib. Bundan başqa, Oskarın klubu 5000 dollar məbləğində cərimələnib. 

 

Xəbər xətti