Gürcüstanlı sabiq futbolçu: "Qarabağ"ın cütün qalibi olmaq şansı çoxdur"

11:56 - 23 İyun 2017

"Bu, çox maraqlı oyun olacaq. Düşünürəm ki, "Qarabağ"ın cütün qalibi olmaq şansı çoxdur".

 

Sportal.az xəbər verir ki, bu sözlər Gürcüstanın "Dinamo" (Tbilisi) klubunun baş direktoru Mixail Kutsişviliyə məxsusdur. Vaxtı ilə ölkəmizdə "Kəpəz" və "Olimpik" kimi klublarda çıxış etmiş veteran futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsinnin - "Qarabağ" - "Samtredia" cütünün şanslarını dəyələndirib.

 

Ölkəsinin mətbuatına müsahibə verən Kutsişvili "Qarabağ"ın mərhələ keçmək şansının çox olduğunu deyib:

 

"Düşünürəm ki, "Qarabağ" "Samtredia"dan güclü komandadır. "Qarabağ" maliyyə cəhətdən də "Samtredia"nı üstələyir. Amma hansı komandanın mərhələ keçəcəyini demək bir qədər çətindir. Ümid edirəm ki, "Samtredia" layiqli mübarizə aparacaq". 

 

Qeyd edək ki, komandalar arasındakı ilk oyun iyulun 11-də Bakıda, cavab oyunu isə 1 həftə sonra Tbilisidə keçiriləcək.

Xəbər xətti