Konfederasiyalar Kubokunda bütün yarımfinalçılar bəlli oldu

00:03 - 26 İyun 2017

Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017-də qrup mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, keçirilən iki oyunla sonuncu yarımfinalçıların adları məlum olub.

 

Almaniya Kamerunla qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. Turun digər  görüşündə Çili Avstraliya ilə bərabərə qalıb. Bu nəticələrlə Almaniya və Çili yarımfinala yüksəlib.

 

Qeyd edək ki, dünən Portuqaliya və Meksika milliləri yarımfinala yüksəlib.

 

Konfederasiyalar Kuboku – 2017

B qrupu

III tur

25 iyun

 

Almaniya – Kamerun - 3:1

Qollar: Kərəm, 48, Verner, 56, 81 - Abubakar, 79

 

Çili – Avstraliya - 1:1

Qollar: Rodrigez, 67 - Troisi, 42

Xəbər xətti