Sabiq "Qarabağ"lı Türkiyə klubunun baş məşqçisi oldu

16:49 - 26 İyun 2017

“Qarabağ” klubunun aşağı yaş qrupları üzrə sabiq koordinatoru Sebaheddin Tekinin yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, əfsanəvi kapitan Bülənt Qorxmazın bir neçə klubda köməkçisi olan Tekin bundan sonra “Bayburtspor” klubunda çalışacaq. Onunla 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, təcrübəli mütəxəssinin son iş yeri "Erbaaspor" klubu olmuşdu.

Xəbər xətti