"Çelsi"nin futbolçusu "Lion"a keçdi

10:58 - 27 İyun 2017

Fransanın "Lion" klubu heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, "aslanlar" "Çelsi"nin hücumçusu Bertrand Traoreni heyətinə qatıb. Burkina fasolu futbolçu ilə 2022-ci ilədək müqavilə imzalanıb. Fransa klubu bu transferin müqabilində İngiltərə çempionuna 10 milyon avro təzminat ödəyib və növbəti satışın 15 faizini London təmsilçisinə ödəyəcək.

 

Qeyd edək ki, 22 yaşlı forvard 2014/15 mövsümünü "Vitess"də, son mövsümü isə "Ayaks"da icarədə keçirib. 2011-ci ildən Burkina Faso yığmasına dəvət alan futbolçu milli forma ilə 40 oyuna çıxıb.

Xəbər xətti