"Mladost"un hücumçusu "İnter"ə qarşı oynamayacaq

12:43 - 29 İyun 2017

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin oyunları keçiriləcək. Ölkəmizi adıçəkilən turnirdə təmsil edən Bakının "İnter" klubu səfərdə Serbiyanın "Mladost" klubunun qonağı olacaq.

 

Sportal.az saytının məlumatına görə, Luçani təmsilçisi bu görüşə ciddi itki ilə çıxacaq. Belə ki, komandanın hücumçusu Nikola Zvrko "İnter"ə qarşı oynaya bilməyəcək.

 

Bu barədə məlumatı komandanın baş məşqçisi Nenad Milavanoviç oyundan bir gün öncə keçirdiyi mətbuat konfransında deyib. O, "Mladost"un heyətində 7 oyuna 1 qol vuran 22 yaşlı monteneqrolu futbolçunun zədə səbəbindən "İnter"lə oyunu buraxacağını bildirib. Baş məşqçi futbolçunun hazırda bərpa prosesi keçdiyini və cavab oyununa hazır olacağına ümid etdiyini vurğulayıb. 

 

Qeyd edək ki, "Mladost" - "İnter" oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Qarşılaşmda "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Xəbər xətti