"Mladost"un futbolçusu: "İnter" ağır və aqressiv futbol oynayır"

17:36 - 29 İyun 2017

"Avropa Liqasında oynayacağımıza inanmıram. Əgər bu yuxudursa, uzun müddət bu yuxudan oyanmaq istəmirəm. "İnter"lə oyun bizim üçün tarixi əhəmiyyətə malik matçdır. Ümid edirəm ki, uğur qazanacağıq".

 

Sportal.az xəbər verir ki, bu sözlər Serbiyanın "Mladost" klubunun futbolçusu Vladimir Radivojeviçə məxsusdur. Luçani təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında Bakının "İnter" klubunu qəbul edəcək.

 

Serbiya mətbuatına müsahibə verən yarımmüdafiəçi fikirlərini bildirib. O, matça yaxşı kökləndirklərini deilə gətirib:  "Baş məşqçimiz bizə rəqib haqda ətraflı məlumat verib. O, ötən gün rəqibin oyun tərkolletivə izah etdi. "İnter" ağır və aqressiv futbol oynayır. Bütün bunlara baxmayaraq, sakit olmalı və öz oyunumuzu göstərməliyik. Əgər öz oyunumuzu meydanda ortaya qoya bilsək, uğur bizimlə olacaq". 

 

Futbolçu yaxşı nəticəyə ümid etdiyini deyib: "Qələbə qazanmaq niyyətindəyik. Ev oyununda üstünlük qazanmalıyıq ki, səfərdə yaxşı çıxış edək. Düşünürəm ki, evdə iki qol vursaq, bu səfərdən qalib ayrılmağımız üçün də kifayət edəcək".

 

O, azarkeşlərə də səslənib: "Azarkeşlərin bizə dəstəyinə ehtiyacımız var. Çempionatda bizə edilən dəstəyi Avroliqada da gözləyirik. Birlikdə çox uğurlarımız olacaq".

Xəbər xətti