Millimizin üzvü darmadağında iştirak etdi

15:52 - 3 İyul 2017

Almaniya 3-cü Bundesliqasında çempion olaraq yeni mövsümdən 2-ci Bundesliqada oynamaq hüququ qazanan "Duysburq" hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası bu gün növbəti yoxlama matçını keçirib. Sözügedən klub Almaniyanın aşağı liqa təmsilçilərindən olan "Homberq"lə qarşılaşıb. Oyun "Duysburq"un 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Erat da bu oyunun iştirakçısı olub. O, fasilədən sonra meydana çıxıb və 45 dəqiqə oynayıb.

Xəbər xətti