Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilir

12:20 - 4 İyul 2017

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, bu mərhələdə qitənin ən aşağı reytinqə malik 10 ölkəsinin çempionları mübarizəyə qoşulub. Bu gün keçiriləcək oyunlardan sonra bu komandalardan 5-i 2-ci təsnifat mərhələsinə vəsiqə qazanacaq.

 

Xatırladaq ki, Azərbaycan çempionu “Qarabağ” da məhz 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. “Köhlən atlar” bu mərhələdə Gürcüstan “Samtredia”sı ilə üz-üzə gələcək.

 

Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunları

 

20:00 Tallin (Estoniya) - Hibernians (Malta) (ilk oyun 0:2)
20:00 Trepça (Kosova) - Vikinqur (Farer adaları) (1:2)
21:30 Europa (Cəbəllütariq) - TNS (Uels) (2:1)
22:30 Santa Koloma (Andorra) - Alaşkert (Ermənistan) (0:1)
22:30 La Fiorita (San Marino) - Linfild (Şimali İrlandiya) (0:1)

Xəbər xətti