Milli üzvü polisi vurduğu üçün həbs olundu

18:05 - 4 İyul 2017

Mali yığmasının və Almaniyanın “Verder” klubunun futbolçusu Sambu Yatabare Fransada polisə hücum etdiyi üçün həbs olunub.

 

Sportal.az xəbər verir ki, insident ötən bazar günü Parisdəki hava limanının dayanacağında baş verib. Polis 28 yaşlı yarımmüdafiəçini saxladıqdan sonra onların arasında mübahisə düşüb. Nəticədə futbolçu asayiş keşikçisinin gözünə zərbə endirib. 

 

Qeyd edək ki, Sambu Yatabare həm də Fransa vətəndaşıdır. O, “Kan”, “Bastiya”, “Genqam” və “Monako” komandalarında çıxış edib.

Xəbər xətti