"Qəbələ"nin "Dinamo" ilə matç üçün start heyəti müəyyənləşdi

19:44 - 4 İyul 2017

Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti hazırlıq matçına çıxacaq.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" Kiyev "Dinamo"su ilə üz-üzə gələcək. Ukraynalı mütəxəssis Roman Qriqorçuk həmyerliləri ilə oyunda aşağıdakı start heyətini meydana buraxacaq:

 

Dmitri Bezotosnı, Vojislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, İlqar Qurbanov, Cavid Hüseynov, Filip Ozobiç, Endi Hallidey, Araz Abdullayev, Xavyer Ernandes, Stiven Jozef-Monroz.

 

Qeyd edək ki, "Qəbələ" - "Dinamo" görüşü Bakı vaxtilə saat 20:00-da başlayacaq.

Xəbər xətti