Klub prezidenti millimizin üzvü haqda: "Oynamayan futbolçuya 2 milyon verə bilmərik"

Millimizin futbolçusu Dəniz Yılmazın "Bursaspor"dakı gələcəyi qaranlıqdır.

 

Sportal.az xəbər verir ki, intizamsız hərəkətlərinə və aşağı səviyyədə oyun göstərdiyinə görə ötən mövsümün sonuna yaxın əsas komandadan uzaqlaşdırılan futbolçunun klubda qalıb-qalmayacağı müəyyənləşməyib.

 

Adı "Göztəpə" birgə hallanan 29 yaşlı forvard "Bursaspor"da da qala bilər. Milli komandamızın üzvünu ötən günlərdə klub rəhbərliyi əfv edib.

 

Təlim-məşq toplanışına start verən “yaşıl timsahlar”ın düşərgəsinə qoşulan Dəniz dünən yeni baş məşqçi Pol Le Quenlə təkbətək görüş keçirib. İddiaya görə, fransalı məşqçi oyunçunu xidmətində görmək istdəyini deyib. Əgər klub rəhbərliyi məşqçinin qərarına etiraz etməsə, Dəniz növbəti mövsümü də "Bursaspor"un heyətində keçirəcək.

 

Məsələ ilə bağlı klubun prezidenti Ali Ay da açıqlama verib. Klub rəsmisi Dənizin Le Quenlə görüşdüyünü təsdiqləyib:

 

"Dəniz Yılmaz klub tapa bilməsə, bizim üçün çətin olacaq. Çünki onun müqaviləsindəki şərtə görə illik 2 milyon qazanır. Oynamayan futbolçuya bu məbləği necə verə bilərik? Baş məşqçimiz futbolçunun çıxışını izləyib və onunla görüş keçirib. Amma hələlik yekun qərar yoxdur. Rəsmi təklif gəlsə, Dənizi göndərməyə hazırıq. Məlumatlara görə "Göztəpə" onu istəyirdi, amma bizə heç bir məktub daxil olmayıb". 

 

Qeyd edək ki, Yılmazın "Bursaspor"la müqaviləsi gələn mövsümün sonunda başa çatır.

Tarix: 7 İyul [11:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2017
23  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio