"Fənərbaxça" Türkiyə millisinin üzvünü göndərdi

19:12 - 7 İyul 2017

"Fəərbaxça" bir futbolçusu ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" Volkan Şənlə yola davam etməmək qərarı verib. Baş məşqçi Aykut Kocamanın planlarına daxil olmayan Türkiyə millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi "Fənərbaxça"ya 2015-ci ildə "Bursaspor"dan 2,5 milyon avroya transfer olmuşdu. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 76 matçda 8 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti