"İnter" - "Fola" matçının hakim təyinatları açıqlandı

10:08 - 10 İyul 2017

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "İnter" - "Fola" matçının hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, iyulun 12-də “Dalğa Arena”da baş tutacaq görüşü israilli FİFA referisi Eytan Şmuelevits idarə edəcək. Ona Nissan Davidu və Saqi Mazamber kömək edəcək. Dördüncü hakim funksiyasını Daniel Bar Natan yerinə yetirəcək.

 

Qeyd edək ki, “İnter” – “Fola” qarşılaşmaı iyulun 12-də, saat 20:00-da keçiriləcək.

Xəbər xətti