"Neftçi" "Binə" və "Şüvəlan"la qarşılaşacaq

00:03 - 11 İyul 2017

“Neftçi”nin Bakı toplanışı çərçivəsində keçirəcəyi iki yoxlama oyunundakı rəqibləri dəqiqləşib.

 

Sportal.az xəbər verir ki, “ağ-qaralar” iyulun 15-də saat 11:00-da “Binə”, iyulun 19-da saat 18:00-da isə “Şüvəlan” klubu ilə qarşılaşacaq. Hər iki matç İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq.

 

Qeyd edək ki, “Neftçi” ilk yoxlama oyununu “Kəpəz”ə qarşı keçirəcək. Sabah saat 18:00-da başlanacaq görüş İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında olacaq.

Xəbər xətti