Dmitri Nazarovun durumuna aydınlıq gəldi

10:54 - 11 İyul 2017

Almaniyanın "Aue" klubunun Avstriyadakı təlim-məşq toplanışı zamanı zədələnən millimizin üzvü Dimitri Nazarovun durumuna aydınıq gəlib. 

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin zədəsi ciddi deyil. Bunu yerli mətbuata açıqlamasında "Aue"nin köməkçi məşqçisi Robin Link verib. O, Nazarovun tezliklə yaşıl meydanlara qayıdacağını bildirib: "Nazarov tibbi müayinədən keçdi. Biz onun zədəsinin ciddi olduğunu düşünürdük, amma belə olmaması yaxşı oldu. Dimitrinin əməliyyata da ehtiyacı yoxdur. O, yaxın vaxtlarda yaşıl meydanlara qayıdacaq".

 

Qeyd edək ki, Nazarov "Aue"nin aparıcı üzvüdür.  

Xəbər xətti