Qurban Qurbanov: "Hazırda bizi nə "Şerif", nə də "Kukesi" maraqlandırır"

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, “Qarabağ” II mərhələdəki rəqibi “Samtredia”nı məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

 

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov püşklə bağlı öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

 

“Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır. İyulun 18-i baş tutacaq “Samtredia”yla cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik”.

 

Xatırladaq ki, "Qarabağ" ilk oyunda evdə 5:0 hesabı ilə məğlub etdiyi gürcülərin iyulun 18-də Tiflisdə qonağı olacaq.  

Tarix: 14 İyul [17:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2017
19  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio