Emin Mahmudovun oynadığı matçda "Boavişta" qalib gəldi

12:59 - 16 İyul 2017

Portuqaliya çempionatının yeni mövsümünə hazırlaşan "Boavişta" yoxlama oyunu keçirib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudovun komandası Portuqaliyanın 2-ci liqa təmsilçisi "Nasional"la qarşılaşıb. Matç "Boavişta"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Millimizin üzvü də bu oyunun iştirakçısı olub. O, fasilədən sonra meydana buraxılıb.

Xəbər xətti