Əliyar Ağayev Çempionlar Liqası matçını idarə edəcək

14:35 - 16 İyul 2017

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqası matçına təyinat alıb.

 

Sportal.az xəbər verir ki, həmyerlimiz ÇL-nin II təsnifat mərhələsinin cavab matçında – “Rosenborq” (Norveç) – “Dandalk” (İrlandiya) oyununda iş başında olacaq.

 

Ağayevə yan xətdə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi isə Orxan Məmmədov olacaq.

 

Qeyd edək ki, bu komandalar arasında İrlandiyada keçirilən ilk görüş 1 - 1 hesablı bərabərliklə başa çatıb.

Xəbər xətti