"Qarabağ" bu gün gedir

15:50 - 16 İyul 2017

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq "Qarabağ" bu gün qonşu ölkəyə yollanacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu səfərə 20:10-da sərnişin reysi ilə yola düşəcək.

 

Qeyd edək ki, qarşılaşma iyulun 18-i, Bakı vaxtı ilə saat 21:00-da Tiflisdəki Boris Payçadze adına stadionda keçiriləcək.

 

"Qarabağ" ilk görüşdə "Samtredia"nı 5:0 hesabı ilə məğlub etmişdi.

Xəbər xətti