Qurban Qurbanov: "Sabah bizi Bakıdakından daha aqressiv qarşılaşma gözləyir"

“İlk qarşılaşmadan sonra bildirmişdim ki, rəqibimiz yaxşı oyun göstərir və əzmkar mübarizə aparır. Ötən oyunda da hər qol buraxdıqdan sonra daha da aqressiv oynayırdı. Bunu xüsusilə qeyd edərdim".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının ikinci təsnifat mərhələsində səfərdə Gürcüstan " Samtredia"sına qarşı keçiriləcək cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

 

O, bildirib ki,  ilk matçda 5:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, rəqib xoş sözlərə layiqdir : Bizim də çatışmazlıqlarımız var, bunları da aradan qaldırmaq üçün oyun praktikasına ehtiyacımız var. Nə qədər çox oyun keçirsək, bizim üçün o qədər yaxşıdır. Sabah meydanda tam hazır olan futbolçular yer alacaq. Oyuna gəldikdə isə rəqibin imkan verdiyi qədər hücum edəcəyik. Hücum etməklə yanaşı da müdafiə olunmağı da unutmamalıyıq. Sabah bizi Bakıdakından daha aqressiv qarşılaşma gözləyir”.

 

Qeyd edək ki, "Samtredia" - "Qarabağ" görüşü sabah keçiriləcək. Bu komandalar arasında ilk oyunda Ağdam klubu 5:0 hesabı ilə qalib gəlib.

Tarix: 17 İyul [22:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2017
18  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio