"Pavel Paşayevi çoxdan komandada görmək istəyirdim"

14:05 - 18 İyul 2017

Ukrayna Premyer Liqasında mübarizə aparan “Aleksandriya”nın baş məşqçisi Vladimir Şaran açıqlama verib. Mütəxəssis millimizin müdafiəçisi Pavel Paşayevi transferinə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, çalışdırıcı Paşayevi daha öncədən komandasında görmək istədiyini vurğulayıb:

 

“Sağ cinah müdafiəçi mövqeyinə uzun müddət idi oyunçu axtarırdıq. Bu, komandamızda ən problemli mövqe idi. Orada çıxış edən Çebotayevə ciddi iradlarımız vardı. Paveli çoxdan komandada görmək istəyirdim. Biz görüşdük, söhbət etdik və belə qərara gəldik ki, Paşayev həqiqətən də bizə lazımlı oyunçudur. Bundan sonra klub rəhbərliyi müqavilə bağlanmasına razılıq verdi. Müqavilənin müddəti bir ildir. Amma sonra artırılması da mümkündür. İndi Paşayevin hansı formada olduğunu bilmirəm. Çünki son vaxtlar o, fərdi qaydada topla məşq edib. Ona görə də futbolçunun hazırlığına məşq zamanı qiymət verəcəyik”.

 

Qeyd edək ki, Paşayevin son klubu Ukraynanın "Stal" komandası olub.

Xəbər xətti