İspaniya Futbol Federasiyasının prezidenti həbs edildi

16:18 - 18 İyul 2017

İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyar və oğlu Qorka da saxlanılıb.

 

Sportal.az xəbər verir ki, onların korrupsiya ilə əlaqədar həbs olunduğu bildirilir. Maraqlıdı ki, ata və oğul İspaniya La Liqasının yeni mövsümünün püşkatma mərasiminə 2 gün qalmış saxlanılıb. Mariya Vilyarın saxtakarlıq və vəzifəsində sui-istifadə etdiyi, qeyri-qanunu yollarla gəlir əldə etdiyi iddia olunur.

 

Maraq üçün xatırladaq ki, Anxel Mariya Vilyar 29 il idi İFF-yə prezidentlik edirdi.

Xəbər xətti