"Yuventus" ürək döyüntüsündə problem çıxan futbolçudan imtina etdi

“Sampdoriya”nın hücumçusu Patrik Şikin “Yuventus”a transferi son anda baş tutmayıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb çexiyalı futbolçunun tibbi baxışdan keçərkən həkimlərin Şikin ürəyində döyüntülərdə ritm pozulmasını aşkarlaması olub. Buna görə də "qoca sinyora" 21 yaşlı forvardı sıralarına qatmaqdan imtina edib.

 

Futbolçunun transferi üçün "Yuventus" "Sampdoriya"ya 30,5 milyon avro ödəyəcəkdi. Çexiya millisinin üzvü yenidən komandasına qayıdıb.

 

Şik ötən mövsüm İtaliya A seriyasında 32 oyunda 11 qol vurmuşdu.

Tarix: 19 İyul [12:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio