"Kəpəz"in 2 rəqibi müəyyənləşdi

12:48 - 21 İyul 2017

Ərzurumda hazırlıq keçən “Kəpəz”in daha iki rəqibi müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Türkiyənin 1-ci Liqa təmsilçiləri ilə qarşılaşacaq. Komanda iyulun 22-də “Ankaragücü”, iyulun 24-də isə “Elazığspor” klubu ilə oynayacaq.

 

Qeyd edək ki, "Kəpəz" ilk yoxlama görüşündə "Samsunspor"a (Türkiyə) 1:2 hesabı ilə uduzub.

Xəbər xətti