"Başakşəhər" 2 futbolçu ilə gücləndi

14:25 - 21 İyul 2017

Türkiyənin "Başakşəhər" klubu heyətini 2 futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Birmingem" klubundan Kərim Frey və Yunanıstanın "Olimpiakos" klubunda Manuel Da KMostanı transfer edib. Hər iki futbolçu ilə 3 illik rəsmi müqavilə imzalanıb.

 

Qeyd edək ki, Frey ötən mövsümün ikinci yarısını İngiltərə klubunda keçirib. O, meydana çıxdığı 13 matçda 1 qolla yadda qalıb. Da Kosta isə 2015-ci ildən "Olimpiakos"da çıxış edirdi. Mərakeşli futbolçu Afina təmsilçisinin heyətində meydana çıxdığı 39 görüşdə 4 qol vurmağı bacarıb.

Xəbər xətti