Sxadadzeni Ferrer əvəz etdi

16:45 - 26 İyul 2017

Qazaxıstanın "Kayrat" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bundan sonra sözügedən komandanı ispaniyalı Karlos Ferrer çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 42 yaşlı mütəxəssislə müddəti mövsümün sonunda başa çatacaq müqavilə imzalanıb.

 

Ferrer "Kayrat"da "İnter"in sabiq baş məşqçisi Kaxaber Sxadadzeni əvəz edib. Gürcü məşqçi bir neçə gün öncə öz istəyi ilə Qazaxıstan klubundan istefa vermişdi.

Xəbər xətti