"Atletiko"nu Türkiyə klubuna dəyişdi

18:04 - 26 İyul 2017

“Atletiko” futbolçusu Bernard Mensahı Türkiyənin “Kasımpaş” klubuna icarəyə verib.

 

Sportal.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı xəbər yayıb.

 

Qanalı yarımmüdafiəçi ilə bir illik icarə müqaviləsi imzalanıb. “Kasımpaşa” mövsümün sonunda Mensahı transfer etmək hüququna da sahibdir.

 

Qeyd edək ki, 22 yaşlı futbolçu 2015-ci ildən Madrid klubunda çıxış edir. O, son mövsümü icarə əsasında Portuqaliyanın "Vitoriya" klubunda keçirib.

Xəbər xətti