Kamran Ağayevin komandası Avroliqada qələbə qazandı

00:17 - 28 İyul 2017

Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın futbolçusu Kamran Ağayevin yeni transfer olunduğu "Mlada" klubu növbəti sınağına çıxıb. 

 

Çexiya təmsilçisi doğma azarkeşləri önündə "Skenderbeu"nu qəbul edib. Qarşılaşma Boleslav təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə ilk qolu meydan sahibləri vurub. 42-ci dəqiqədə Yan Çramosta "Skenderbeu"nu məyus edib. Albaniya təmsilçisi 86-cı dəqiqədə Liridon Latifi sayəsində hesabı bərabərləşdirsə də, hesabı qoruya bilməyib. Qoldan cəmi 1 dəqiqə sonra Adam Conas "Mlada"ya qələbə gətirən qolu vurub. 

 

Millimizin qolkiperi bou görüşdə iştirak etməyib. Ümumiyyətlə, 32 yaşlı "çərçivə qoruyucusu"nun adı matçın iştirak ərizəsinə daxil edilməyib. 

 

Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması avqustun 3-də Albaniyada keçiriləcək. 

Xəbər xətti